Bakıda alim qadının meyiti tapıldı
Bakıda mənzildən tanınmış alimin cəsədi aşkarlanıb. APA TV-nin məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə zəng daxil olub ki, Bakının Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 61 yaşlı qadın köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.
Araşdırma nəticəsində məlum olub ki, bir neçə gün əvvəl öz mənzilində dünyasını dəyişən qadın Əzizova Nəzakət Məhərrəm qızıdır. O, tanınmış şairə və ədəbiyyatşünasdır. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Nəzakət Əzizova çoxsaylı kitabların müəllifidir. O, 2000-ci ildə Hüseyn Cavid dramaturgiyasından dissertasiya müdafiə edib, filologiya elmləri namizədi alimlik dərəcəsi alıb.
2068