<b>Bakıda "Hyundai" işıq dirəyinə çırpılıb yandı</b> - <span style="color:red;">YENİLƏNİB
30 yanvar 2018 06:03 (UTC +04:00)

Bakıda "Hyundai" işıq dirəyinə çırpılıb yandı - YENİLƏNİB

Bakının Xətai rayonunda avtomobil yanıb.

 

APA-nın verdiyi xəbərə görə, hadisə Gəncə prospektində qeydə alınıb.

 

Məlumata görə, Zığ yolu şossesi istiqamətində hərəkətdə olan "Hyundai Accent" markalı avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində işıq dirəyinə çırpılıb. Bundan sonra avtomobil alışaraq yanmağa başlayıb. Şahidlərin sözlərinə görə, sürücü yüngül dərəcəli xəsarətlə yanan avtomobildən vaxtında uzaqlaşıb.

 

Yanğınla bağlı FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat verilib. Əraziyə cəlb olunmuş yanğınsöndürənlər yanğını söndürüb. Yaxınlıqda olan avtomobil yanğından mühafizə olunub.

 

***

 

Bakıda yanğınla nəticələnən yol qəzası baş verib.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının  Xətai rayonunda "Hyundai" markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılıb.

 

Nəticədə yanğın hadisəsi baş verib və avtomobilin yanar hissələri yanıb. Yaxınlıqda olan avtomobil yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 215

Oxşar yazılar