Bakıda, Gəncədə və Füzulidə ev yanıb
13 noyabr 2016 12:47 (UTC +04:00)

Bakıda, Gəncədə və Füzulidə ev yanıb

Gəncədə yanğın olub. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 m² olan 3 otaqlı mənziln 1 otağında ev əşyaları 20 m² sahədə yanıb, otaqda 1 ədəd plastik pəncərə yüksək tempuraturdan əriyib. Mənzil yanğndan mühafizə olunub. Yanğın saat 11:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Oxşar hadisə Bakı şəhəri, Suraxanı rayonunda da baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 312 m2 olan ikimərtəbəli 4 otaqlı evin mansardının yanar konstruksiyaları 150 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Füzuli rayonunda da yanğın olub. Vətəndaşa məxsus ümumi sahəsi 64 m2 olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 02:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 144
avatar

Oxşar yazılar