Bakıda “BMW” yol polisini vurub xəstəxanalıq etdi
29 aprel 2013 14:23 (UTC +04:00)

Bakıda “BMW” yol polisini vurub xəstəxanalıq etdi

Bakıda avtomobil yol polisini vurub. Lent.az-ın Daxili işlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aprelin 27-də saat 13.00 radələrində Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini Əli Əliyev idarə etdiyi "BMW" markalı avtomaşınla həmin ərazidə xidmət aparan Xəzər RPİ DYPŞ-nin inspektoru, polis serjantı Famil Əhmədovu vurub. Avtomobil hadisə yerindən yayınıb.

 

Xəsarət almış polis serjantı F.Əhmədov isə DİN-nin A.Heydərov adına Hospitalına yerləşdirilib.

Bakı BPİ DYPİ-nin əməkdaşları tərəfindən görülmüş tədbirlər nəticəsində hadisəni törətmiş Ə.Əliyev tutulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1397
avatar

Oxşar yazılar