Bakıda 78 yaşlı kişi mənzildə huşsuz vəziyyətə tapıldı
22 mart 2014 12:51 (UTC +04:00)

Bakıda 78 yaşlı kişi mənzildə huşsuz vəziyyətə tapıldı

0

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalıb. Lent.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1936-cı il təvəllüdlü Ulikov Yevgeni Dmitriyeviç mənzilin qapısının dəfələrlə döyülməsinə və uzunmüddətli telefon zənglərinə reaksiya vermir.

 

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən mənzilə giriş qapısını bayır tərəfdən açaraq daxil olublar.

 

Mənzilə baxış keçirərkən hərəkətsiz vəziyyətdə aşkarlamış vətəndaş xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 529

Oxşar yazılar