Bakıda 70 yaşlı kişi bədbəxt hadisənin qurbanı olub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 9-da paytaxtın Nizami rayonu ərazisində yaşayan 70 yaşlı Nurəddin İbrahimov evlərində elektrik qızdırıcısının üzərinə yıxılaraq yanıq xəsarəti alıb. Xəstəxanaya yerləşdirilmiş N.İbrahimov noyabrın 17-də orada ölüb.
Araşdırma aparılır.