Bakıda 5 otaqlı ev yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 260 kv.m olan ikimərtəbəli 5 otaqlı evin 1-ci mərtəbəsinin bir otağında 2 ədəd çarpayı, yataq dəsti və digər otaqda 1 ədəd divan yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 16:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisənin səbəbi araşdırılır.