Sabunçuda 3 otaqlı ev yanıb.
Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, vətəndaşa məxsus ümumi sahəsi 90 m2 olan ikimərtəbəli 3 otaqlı evin 2-ci mərtəbəsində mətbəxin yanar konstruksiyaları 20 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;