Bakıda 27 yaşlı qadın dəm qazından zəhərləndi
24 noyabr 2016 04:18 (UTC +04:00)

Bakıda 27 yaşlı qadın dəm qazından zəhərləndi

0

Bakıda qadın  hamam otağında dəm qazından zəhərlənib.

 

Lent.az-ın “musavat.com”-a istinadən xəbərinə görə, hadisə bu gecə Sabunçu rayonu ərazisində, Ramana qəsbəsinin Südçülük sovxozunda baş verib. 1989-cu il təvvəllüdlü Aslanova Natiqə Natiq qızı hamam otağında çimərkən huşunu itirib. Onun dəm qazından zəhərləndiyi məlum olub. Natiqə Aslanova 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

 

Məlumata görə, Natiqə Aslanova Sabunçu rayonu ərazisində dilənçiliklə məşğul olurmuş.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 304

Oxşar yazılar