Bakıda iki yerüstü piyada keçidi istifadəyə verilib
30 dekabr 2016 15:30 (UTC +04:00)

Bakıda iki yerüstü piyada keçidi istifadəyə verilib

0

 

Bakı şəhərində daha iki yerüstü piyada keçidi istifadəyə verilib.

 

“Azəravtoyol”dan Lent.az-a verilən məlumata görə, piyada keçidləri M-1 Bakı-Quba-Rusiya Fedarasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12.2-ci km-də və Bakı şəhəri, Sabunçu rayonu Şəhər şossesində inşa olunub.

 

Keçidlərin istifadəyə verilməsi mərasimində “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov, sədr müavinləri Əvəz Qocayev və Hüsnü Quliyev, cəmiyyətin digər rəhbər şəxsləri, həmçinin rayon rəhbərliyi və ictimayyəti iştirak ediblər.

 

Keçidlər avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazilərdə inşa edilib.  Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.

 “Azəravtoyol” ASC-nin "Azəryolelmitədqiqatlayihə" İnstitutu tərəfindən hazırlanan layihəyə əsasən keçidlərin dayaqları dəmir-beton, aşırım hissələri isə metal konstruksiyadan ibarətdir. Hər ikisinin pilləkan hissədən ibarət 2 giriş-çıxışı mövcuddur.

 M-1 Bakı-Quba-Rusiya Fedarasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12.2-ci km-də inşa edilən keçidin aşırım hissəsinin uzunluğu 44.8 metr, pilləkən hissəsinin uzunluğu 20 metr olmaqla, ümumi uzunluğu 64.8 metr təşkil edir. Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına uyğun inşa edilmiş 1 aşırımlı (orta dayaqsız) keçidin qalereyasının eni 4 metr, yol səthindən hündürlüyü isə 5.5 metrdir.

 

Qeyd edək ki, keçidin tikintisinə cari ilin iyun ayında başlanılıb.

 

Bakı şəhəri, Sabunçu rayonu Şəhər şossesində inşa inşa edilən keçidin aşırım hissəsinin uzunluğu 42.3 metr, pilləkən hissəsinin uzunluğu 32.7 metr olmaqla, ümumi uzunluğu 75 metr təşkil edir. Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına uyğun inşa edilmiş 2 aşırımlı (orta dayaqlı) keçidin qalereyasının eni 4 metr, yol səthindən hündürlüyü isə 5.5 metrdir.

 

Cari ilin sentyabr ayında başlanılan tikinti işləri tərtib olunmuş qrafikə uyğun, texnoloji ardıcıllığa riayət olunmaqla “Azəravtoyol” ASC-nin rəhərliyinin nəzarəti altında yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.

 

Qeyd edək ki, hazırda Bakı şəhəri ərazisində 11 yerdə yeraltı və yerüstü piyada keçdilərinin inşası aparılır. Yaxın gələcəkdə zəruri olan digər ərazilərdə də yüngül konstruksiyadan ibarət piyada keçidlərinin inşası nəzərdə tutulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 355

Oxşar yazılar