Bakı avtovağzalında oğurluğa cəhd olub
02 dekabr 2016 11:45 (UTC +04:00)

Bakı avtovağzalında oğurluğa cəhd olub

0

Bakıda oğurluğa cəhd göstərmiş şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 1-də Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində yaşıllaşdırma zolağının işıqlandırılmasını təmin edən elektrik naqilinin 35 metrlik hissəsini kəsərək oğurlamağa cəhd göstərmiş Bakı şəhər sakini Akif Həsənov tutulub.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 232

Oxşar yazılar