
Bakı-Sumqayıt yolunda baş verən qəzada ölən tələbələrin sayı 6-ya çatıb
Bakı-Sumqayıt yolunda baş verən qəzada xəsarət alan tələbələrdən daha biri ölüb.
Lent.az-ın "Report"a istinadən məlumatına görə, 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində ağır komada olan 1999-cu il təvəllüdlü Lalə Nəsirzadə bu gün səhər saatlarında dünyasını dəyişib.
L.Nəsirzadənin meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Yasamal rayon şöbəsinə təhvil verilib.
Qeyd edək ki, L.Nəsirzadə Sumqayıt Dövlət Universitetinin tələbəsi idi.
Xatırladaq ki, qəza baş verən gün, martın 9-da Sumqayıt Dövlət Universitetinin 5 tələbəsi - Fizika və elektroenergetika fakültəsinin III kurs tələbələri İbrahim Quliyev, İbrahim Nəsibov, Tarix və coğrafiya fakültəsinin III kurs tələbələri Çinarə Quliyeva, Rəşad Caniyev, Roza Muradova dünyasını dəyişiblər.
Oxşar yazılar

Şəkidə 53 yaşlı kişinin meyiti tapıldı
4 iyul 2025 , 09:53
İnterpol Elçin Təhməzovu Bosniyada tutdu
4 iyul 2025 , 09:31
20-ci mərtəbədən yıxılan iki yaşlı uşaq sağ qaldı
4 iyul 2025 , 06:17
Motosiklet iki piyadanı vurdu - Vəziyyətləri ağırdır
3 iyul 2025 , 22:01
"Qanuni oğru" Vaqif Süleymanov saxlanıldı - VİDEO
3 iyul 2025 , 21:18
Ermənistan ordusunun əsir düşən azərbaycanlılara verdiyi işgəncələrlə bağlı məhkəmədə ifadələr dinlənildi
3 iyul 2025 , 21:11Bilgəh çimərliyində DƏHŞƏTLİ ANLAR: 23 yaşlı oğlanın boynu sınıb öldü
3 iyul 2025 , 19:59