Bacısını öldürən şəxsə toyuq budunda narkotik gətirdilər
13 dekabr 2013 16:07 (UTC +04:00)

Bacısını öldürən şəxsə toyuq budunda narkotik gətirdilər

Penitensiar xidmətin və Qobustan həbsxanasının əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir. Lıent.az-ın Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan həbsxanasında saxlanılan 1975-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9 maddələri ilə təqsirli bilinərək 15 il müddətinə həbs olunmuş, məhkum Feyzullayev Nazim Qafur oğlunun yanına görüşə gəlmiş qohumu Hüseynov Roman Musayeviçin üzərinə və gətirdiyi sovqata baxış keçirilib. Bu zaman toyuq budunun içərisində yerləşdirilərək gizlədilmiş ümumi çəkisi 0,258 qram olan narkotik vasitə  - heroin aşkar edilərək götürülüb.

 

Qeyd edək ki, N.Feyzullayev keçən il bacısı qətlə yetirdiyi üçün həbs edilib.

 

# 1389
avatar

Oxşar yazılar