Azərbaycanda güclü partlayış:<span style="color:red;"> ölən və yaralananlar var  - <span style="color:red;">YENİLƏNİB
24 mart 2014 10:32 (UTC +04:00)

Azərbaycanda güclü partlayış: ölən və yaralananlar var - YENİLƏNİB

0

Masallı rayonunda güclü partlayış baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə martın 23-də saat 15.50 radələrində rayonun Mahmudavar kəndində qeydə alınıb.


 

Kənd sakini Bəşir Mizəbala oğlu Əliyevə məxsus dəmir qapılar düzəldilən sexdə kənd sakini, 1964-cü il təvəllüdlü Gülağa Mirzağa oğlu Abdullayev qaynaq işləri apararkən ehtiyatsızlıqdan oksigen balonu partlayıb.

 

Güclü partlayış nəticəsində qaynaqçı ölüb.

 

Partlayış baş verən vaxt yaxınlıqdan keçən kənd sakinləri, 1997-ci il təvəllüdlü İman Füqar oğlu Əliyev və 1997-ci il təvəllüdlü Famil Habil oğlu Sadıqov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən hər iki yeniyetmə 11-ci sinif şagirdidir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 6389

Oxşar yazılar