Azərbaycanda gəmi kapitanı faciəli şəkildə ölüb.
Neftçala Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Kür çayının rayonun Qaraqaşlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
1970-ci il təvəllüdlü Azər Xeyrulla oğlu Qarayev kapitanı olduğu “YG 3" yedək gəmisində yükləri qaldırmaq üçün olan qurğunun qırılması nəticəsində yükün altında qalaraq dünyasını dəyişib.
Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozduqda insan ölümünə səbəb olma) maddəsi ilə cinayət işi açılıb.