İstirahət günləri Azərbaycanda 5 nəfər bədbəxt hadisə nəticəsində ölüb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dekabrın 21-də Sumqayıt şəhərində yaşayan Şəlalə Vəliyeva, Şəki rayonunda yaşayan Gülər Yunusova evlərində dəm qazından zəhərlənərək ölüblər. Elə həmin gün Nəsimi rayonu ərazisində yaşayan Rüfət Əliyev psixotrop maddədən zəhərlənmə ilə xəstəxanaya gətirilib və dekabrın 22-də orada ölüb. Bundan başqa Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən daş karxanasında işləyən - Şəmkir rayon sakini Kənan Əlisov oranın hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Ağsu rayonu ərazisində isə Mahmud Əhmədzadə yeni tikilmiş evdə təmir işləri apararkən elektrik cərəyanı vurması nəticəsində ölüb.