Martın 14-də Azərbaycanda 3 piyada yol qəzasının qurbanı olub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 14-də saat 11 radələrində Xəzər rayonunun Binə qəsəbəsində qəsəbə sakini Təbriz Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmyerlisi Şirin Məmmədovanı vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Bundan başqa martın 14-də saat 19 radələrində Tovuz şəhərində şəhər sakini Rəşad Hacıyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmyerlisi Yaşar Kərimovu vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Digər qəza Ağdamda baş verib. Martın 14-də saat 21 radələrində Ağdam rayonunun Əfətli kəndində kənd sakini Niyaz Əliyev idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən anası Filyar Əliyevanı vurub. Qadın ölüb.
Hər 3 faktla bağlı araşdırma aparılır.