Gədəbəy rayonunda tutdan kütləvi zəhərlənə hadisəsi ilə bağlı bəzi məqamlar ortaya çıxıb. Rayon sakinlərinin Lent.az-a verdiyi məlumata görə, dağlıq relyef və soyuq iqlim şəraitində yerləşdiyinə görə, Gədəbəydə hələ ki tut yetişməyib. Rayona bu meyvə Aran rayonlarından, əsasın də Şəmkir rayonundan gətirilir. Dünən isə Çalburun kənd sakinləri alverçilərin gətirdikləri tutdan alıb yeyiblər. Lakin hələlik məlum olmayan səbəblərdən həmin 22 nəfər zəhərləniblər. 11 nəfəri azyaşlı olmaqla xəstəxanaya gətirilən 22 nəfərin əksəriyyəti ambulator müalicəyə yazılıb. Zəhərlənmiş şəxslərdən 1941-ci il təvəllüdlü Maya Zülfüarova və onun nəvəsi 1984-cü ildə anadan olmuş Yazgül Zülfüqarova müalicəsini xəstəxanada davam etdirilir.
Hazırda faktla əlaqədar araşdırmalar aparılır.
****
13:13
Mayın 23-də Gədəbəy rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Çalburun kənd sakinlərindən 22 nəfəri (onlardan 11-i azyaşlı olub) qidadan (tutdan) zəhərlənmə ilə xəstəxanaya gətirilib. Onların vəziyyətləri qənaətbəxşdir.
Hadisə ilə əlaqədar araşdırma aparılır.