Təyyarə qəzasında bacı-qardaşı ölmüşdü - Sevgilisini qətlə yetirdi
24 sentyabr 2026 15:00 (UTC +04:00)

Təyyarə qəzasında bacı-qardaşı ölmüşdü - Sevgilisini qətlə yetirdi

0

Qusarda meşədə meyit tapılıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, sentyabrın 23-də Əvəcuğ-Xürəl kəndinin meşəlik ərazisində Bakı şəhər sakini 50 yaşlı Səadət Həsənovanın bıçaqla kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti aşkarlanıb.

Araşdırmalarla müəyyən edilib ki, sentyabrın 21-i Bakı şəhəri Xətai rayonunun ərazisində Əvəcuğ kənd sakini, əvvəllər məhkum olunmuş 27 yaşlı Kamran Seyidov qısqanclıq zəminində tanışı S.Həsənovanı bıçaqla öldürüb. Daha sonra meyitini idarə etdiyi “Mercedes” markalı avtomobillə kəndin meşəlik ərazisinə gətirib.

K.Seyidov polis əməkdaşları tərəfindən tutulub.

Lent.az Bizim.media-ya istinadən xəbər verir ki, Kamran Seyidov 2024-cü ilin dekabrında baş verən təyyarə qəzasında həyatını itirən qusarlı bacı-qardaş - 19 yaşlı Xədicə və 22 yaşlı Əli Əlimirzəyevin ögey qardaşıdır. K.Seyidov təyyarə qəzasında həlak olan yaxınlarına görə özünü birinci dərəcəli varis hesab edərək kompensasiyanın ona verilməsini tələb edirdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 324

Oxşar yazılar