"Ürək ağrıları, stresslə bağlı yaranan sağlıq problemləri qaydasına düşür".
Bunu Lent.az-a açıqlamasında Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov deyib.
Bir neçə gün öncə səhhətində yaranan problemlər səbəbilə xəstəxanaya yerləşdirilən aktyor evə buraxılacağını bildirib:
"Şükürlər olsun, hazırda çox yaxşıyam. Yəqin ki, bu gün ya sabah evə buraxılacağam. Müəyyən problemlər var ki, müalicə ilə düzələcək. Müalicə ev şəraitində davam edəcək".