Azərbaycanda 15 yaşlı qızı məktəbə gedərkən qaçırıblar
13 dekabr 2013 14:51 (UTC +04:00)

Azərbaycanda 15 yaşlı qızı məktəbə gedərkən qaçırıblar

Azərbaycanda 15 yaşlı qızı məktəbə gedərkən qaçırıb zorlamaq istəyiblər. Lent.az-ın azvision.az-a istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, iki gün əvvəl Hüseynov Ərustun Məhəmməd oğlu Ağstafa rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, həmin tarixdə saat 08.30 radələrində 15.12.1998-ci il təvəllüdlü qızı Nərmin Hüseynovanın həmkəndlisi Paşayev Raqif Yusif oğlu tərəfindən qaçırılması barədə məlumat verib.

Rayon prokurorluğunda aparılan araşdırma zamanı müəyyən edilib ki, həmin tarixdə, saat 08.30 radələrində Ağstafa rayonu, Qıraq Kəsəmən kənd sakini, 1986-cı il təvəllüdlü Paşayev Raqif Yusif oğlu həmkəndlisi Hüseynova Nərmin Ərəstun qızını həmin kənddə yerləşən məktəbə gedərkən yolda ona zor tətbiq etməklə, həmkəndlisi Elvin Abdullayevə məxsus “Opel” markalı maşına mindirib qohumlarına məxsus evə aparıb və orada zor tətbiq etməklə cinsi əlaqədə olmağa cəhd edib.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2589
avatar

Oxşar yazılar