Gömrükçülər telefon qaçaqmalçılarını yaxalayıb
14 fevral 2017 12:57 (UTC +04:00)

Gömrükçülər telefon qaçaqmalçılarını yaxalayıb

0

 

Azərbaycana qanunsuz keçirilən mobil telefonlar aşkarlanıb.

 

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının üzərində gömrük baxışı zamanı 4 ədəd "Samsung Galaxy J5", 3 ədəd "Samsung Galaxy J2 prime", 1 ədəd "Samsung Galaxy J7" markalı mobil telefonlar və 7 ədəd mobil telefon qutusu aşkar olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 293

Oxşar yazılar