Azərbaycan və NATO arasında Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının (İPAP) dördüncü mərhələsinin cari ilin aprel-may aylarında razılaşdırılması gözlənilir.
Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyindəki mənbədən məlumat verilib.
Mənbənin sözlərinə görə, İPAP-ın yeni mərhələsində, əsasən, 2013-cü ilin sonlarında təsdiqlənmiş Azərbaycanın Dəniz Təhlükəsizliyi Strategiyasının icrası ilə bağlı məsələlər, həmçinin enerji təhlükəsizliyi və nəqliyyat infrastrukturunun mühafizəsi, texniki modernləşmə və s. nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan və NATO arasında İPAP-ın icrasında 2005-ci ildən başlanılıb.
İPAP-ın mətni digər Cənubi Qafqaz ölkələrindən fərqli olaraq Azərbaycanda ictimaiyyət üçün qapalı saxlanılır.