Azay Quliyev Makedoniyada seçkiləri izləyəcək
06 dekabr 2016 10:57 (UTC +04:00)

Azay Quliyev Makedoniyada seçkiləri izləyəcək

0
Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev dekabrın 8-dən 13-dək Makedoniyanın Skopye şəhərində səfərdə olacaq.
 
Lent.az-ın Milli Məclisin saytına istinadən verdiyi məlumata görə, ATƏT PA-nın seçki müşahidə missiyasının rəhbəri qismində bu ölkədə keçiriləcək parlament seçkilərini izləyəcəkdir.
 
Deputatımız səfər çərçivəsində Makedoniyanın dövlət və hökumət rəsmiləri, seçkilərdə iştirak edən müxtəlif siyasi partiyaların nümayəndələri, o cümlədən QHT və KİV təmsilçiləri ilə görüşlər keçirəcək, beynəlxalq təşkilatların seçkiqabağı vəziyyətlə bağlı hesabatları ilə tanış olacaqdır.
 
Dekabrın 11-də deputatımız seçki məntəqələrində səsvermənin gedişinə və seçicilərin fəallığına diqqət yetirəcək, səslərin hesablanması prosesini izləyəcəkdir. Növbəti gün Azay Quliyev seçkilərin yekununa dair ATƏT PA-nın seçki müşahidə missiyasının rəyini mətbuata təqdim edəcəkdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 193

Oxşar yazılar