AZAL təkzib etdi: <b>"...yalandır"</b>
25 mart 2014 11:25 (UTC +04:00)

AZAL təkzib etdi: "...yalandır"

0

«Azərbaycan Hava Yolları» QSC (AZAL) İstanbulun Atatürk Hava Limanında şirkətə məxsus təyyarənin təkərlərinin yanması barədə məlumatı təkzib edib.

«Azərbaycan Hava Yolları» QSC-nin Xidmət rəisi Məhərrəm Səfərli APA-ya açıqlamasında Türkiyənin Doğan Xəbər Agentliyinin (DHA) yaydığı və Azərbaycanın da İnternet saytlarında yer alan xəbərin doğru olmadığını bildirib: «Bu, yalan məlumatdır. Biz bu məlumatın yayılmasından təəssüf hissi keçiririk».

Qeyd edək ki, DHA-nın yaydığı məlumata görə, Bakı-İstanbul reysini həyata keçirən «Boeing 757-200» tipli sərnişin təyyarəsinin İstanbul hava limanında dayanacaqda sağ arxa eniş təkərləri alışıb. Təyyarə təmir edildikdən sonra yenidən İstanbul-Bakı reysini uğurla həyata keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 989

Oxşar yazılar