Azad Rəhimov Səudiyyə Ərəbistanında
17 mart 2014 10:37 (UTC +04:00)

Azad Rəhimov Səudiyyə Ərəbistanında

Gənclər və idman naziri Azad Rəhimov Səudiyyə Ərəbistanına gedib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səfər Səudiyyə Ərəbistanı Krallığının Gənclərə Qayğı Baş Sədrliyinin prezidenti, şahzadə Əmir Nəvvaf bin Feysəl bin Əbdüləzizin rəsmi dəvətinə əsasında baş tutub.

 

Rəhimov İslam Əməkdaşlığı Təşkilatının (İƏT) gənclər və idman nazirlərinin 2-ci konfransına qatılıb. Toplantının keçirilməsi ilə bağlı qərar 15 - 17 noyabr 2012-ci ildə İƏT xarici işlər nazirlərinin Cibutidə keçirilmiş 39-cu iclasında verilib.

 

Konfransda İƏT-ə üzv ölkələrdə gənclərin bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmalarını təmin edən müxtəlif səpkili tədbirlərin təşkil olunması müzakirə olunacaq. Gənclərin cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakı, İslam ölkələri arasında məlumat və təcrübə mübadiləsinin təmin edilməsi, idman əməkdaşlığının genişləndirilməsi və digər mövzular da konfransda diqqət mərkəzində olacaq. Eyni zamanda konfransda 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi oyunlarının da təqdimat mərasimi olacaq.

 

Qeyd edək ki, tədbirə martın 18-də yekun vurulacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 366
avatar

Oxşar yazılar