Axtarışda olan şəxs “Binə”də cinayət törətdi
12 aprel 2018 12:00 (UTC +04:00)

Axtarışda olan şəxs “Binə”də cinayət törətdi

Bakıda oğurluq etmiş şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 11-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzinin buraxılış məntəqəsinin köşkünə girərək orada işləyən Bakı şəhər sakini Elnur Vəliyevə məxsus mobil telefonu oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini Toğrul Əliyev Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 10-cu Polis Bölməsinə təhvil verilib.

 

T.Əliyevin Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması müəyyən edilib.

 

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 167
avatar

Oxşar yazılar