AXCP funksioneri Bakı Şəhər Baş Polis İdarəsinə çağırıldı
04 dekabr 2013 17:08 (UTC +04:00)

AXCP funksioneri Bakı Şəhər Baş Polis İdarəsinə çağırıldı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının mətbuat xidmətinin rəhbəri Natiq Ədilov Bakı Şəhər Baş Polis idarəsinə çağırılıb.

 

Lent.az-ın məlumatına görə, bu barədə o, özünün “facebook” səhifəsində məlumat verib.

 

Jurnalist bildirib ki, onu bu gün saat 17-də BŞBPİ-yə dəvət ediblər. O, idarəyə çağrılmasının səbəblərini bilmədiyini qeyd edib. Ehtimal edilir ki, N.Ədilovu sosial şəbəkələrdə dekabrın 8-də Azadlıq Meydanında aksiyaya çağırışlarla bağlı BŞBPİ-yə dəvət ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 579
avatar

Oxşar yazılar