Avtomobillə yolu keçən şəxsi vurub öldürdü
03 yanvar 2017 18:45 (UTC +04:00)

Avtomobillə yolu keçən şəxsi vurub öldürdü

Ağdaş şəhərində ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 1-də saat 19 radələrində Ağdaş şəhəri ərazisində şəhər sakini İlqar Nəzərov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolu keçən həmyerlisi Tehran Məmmədovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

 

Ağdaş RPŞ tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 154
avatar

Oxşar yazılar