Yevlaxda avtomobilin vurduğu qadın ölüb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oktyabrın 18-də saat 19 radələrində Yevlax rayonunun Salahlı kəndi ərazisində kənd sakini Mehman Kukuyev idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən həmkəndlisi Təzəgül Qasımovanı vurub. Xəstəxanaya yerləşdirilən piyada oktyabrın 24-də orada vəfat edib.
Yevlax RPŞ tərəfindən araşdırma aparılır.