Bakı sakininin avtomobilindən qadağan edilmiş əşyalar tapılıb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Binəqədi RPİ 6-cı PB əməkdaşları tərəfindən dekabrın 25-də Bakı şəhər sakini Kamran Şükürova məxsus "Ford" markalı avtomobilə baxış zamanı 163 ədəd yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı oyuncaqlar və pirotexniki məmulatları götürülüb.
Araşdırma aparılır.