Şəki şəhər sakinindən silah götürülüb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Natiq Əhmədovdan 1,327 qram tiryək götürülüb. Onun "VAZ-21214" markalı avtomobilinə baxış zamanı oradan 2 kiloqram 325 qram marixuana, "Makarov" markalı tapança və 4 ədəd patron aşkar edilərək götürülüb.
Araşdırma aparılır.