İmişlidə minik avtomobili yoldan çıxaraq su kanalına düşüb. Lent.az-ın məlumatına görə, ARB Aran xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. İmişli rayonunun Qaralar kənd sakini Rəcəb Hüseynovun idarə etdiyi “Mercedes” markalı minik maşını hərəkətdə olarkən idarəetmədən çıxıb.
Nəticədə avtomobil yolun kənarındakı su kanalına düşüb. Minik maşınına ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.