Bakıda velosiped həvəskarları üçün yürüş keçiriləcək. Azərbaycan Velosiped İdmanı Federasiyasından (AVİF) Lent.az-a verilən məlumata görə, yürüş 31 dekabr - Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibətilə Dənizkənarı Milli Park İdarəsi ilə birgə təşkil olunacaq.
Veloyürüş dekabrın 29-u saat 16:00-da Bakı İdman Sarayının yanından start götürəcək və saat qülləsinin qarşısında başa çatacaq. Velosipedi olmayanlar federasiya tərəfindən velosipedlə təmin ediləcək, kiçik yaşlı uşaqlara Yeni İl hədiyyələri təqdim olunacaq.