Azay Quliyev Vyanaya səfər edəcək
04 dekabr 2017 18:52 (UTC +04:00)

Azay Quliyev Vyanaya səfər edəcək

0

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev qurumun Büro iclasında və ATƏT-in Nazirlər Şurasının 24-cü toplantısında iştirak etmək üçün dekabrın 5-də Avstriyanın paytaxtı Vyanaya səfər edəcək.

Milli Məclisdən Lent.az-a verilən məlumata görə, Büroda ATƏT PA-nın 2018-ci il üçün fəaliyyət planı, qurumun qış və yay sessiyalarının gündəliyinə aid məsələlər, digər aktual mövzular  müzakirə olunacaq.

Nazirlər Şurasının 24-cü iclasında bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Azay Quliyev gündəlikdə olan məsələlərə münasibət bildirəcək, cari ilin oktyabrın 15-də Qırğızıstanda keçirilmiş prezident seçkilərinə dair ATƏT-in seçki müşahidə missiyasının rəyi haqqında məlumat verəcək.

Səfər dekabrın 8-də başa çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 220

Oxşar yazılar