Tovuzda atasının avtomobilini qaçıran 19 yaşlı gənc ağır qəza törədib. Tovuz rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Dondar Quşçu kəndinə gedən yolun 3-cü kilometrliyində baş verib. Kənd sakini, 19 yaşlı Qılınc Qasımov atasının “QAZel” markalı avtomobilini qaçırıb. O maşını yüksək sürətlə idarə edərkən yol kənarındakı ağaca çırpıb. Qəzanın şiddətindən avtomobilin mühərriki bir neçə metr kənara düşüb. Qəza nəticəsində sürücü 19 yaşlı Qılınc Qasımov hadisə yerində dünyasını dəyişib, onun həmyaşıdı, sərnişin Elşən Nəzərov isə ağır yaralanıb. Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılan yaralının vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.
Atasının maşınını qaçıran 19 YAŞLI GƏNC AĞIR QƏZA TÖRƏDİB
1845