Astara rayonunda yol qəzası törətmiş sürücü müəyyənləşib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Astara RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 25-də rayon sakini Təliqə Quliyevanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin "VAZ-21063" markalı avtomobilin sürücüsü, həmyerlisi Əsəd Bəşirov tərəfindən törədilməsi müəyyən edilib.
Araşdırma aparılır.