Astara sakini pay torpağında "narkotika bağı" saldı
27 iyul 2018 15:02 (UTC +04:00)

Astara sakini pay torpağında "narkotika bağı" saldı

Astara Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.

 

 

 DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən Astara rayonunun Ərçivan qəsəbəsində qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib becərən şəxs saxlanılıb. Belə ki, qəsəbə sakini Elnur Məmmədova məxsus pay torpağında böyürtkən kollarının arasında xüsusi hazırlanmış sahədə kultivasiya yolu ilə becərilmiş, yaş halda ümumi çəkisi 23 kiloqrama yaxın hündürlüyü 90-130 sm olan 27 ədəd çətənə bitkiləri aşkar edilərək götürülüb.

 

Faktla bağlı Astara RPŞ-da araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 421
avatar

Oxşar yazılar