Araz Əzimov: “Azərbaycan-Əfqanıstan əlaqələri davam edəcək”
14 mart 2014 17:03 (UTC +04:00)

Araz Əzimov: “Azərbaycan-Əfqanıstan əlaqələri davam edəcək”

0

“Əfqanıstanla Azərbaycan arasında tranzit dəhlizin təmin olunması təkcə hərbi məqsədlərə yox, ümumilikdə təhlükəsizlik və iqtisadi inkişaf məqsədlərinə xidmət edəcək”.


 

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə 2014-cü ildən sonrakı Azərbaycan-Əfqanıstan əməkdaşlığına dair məsələni şərh edən Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib. O bildirib ki, Azərbaycan və Əfqanıstan əlaqələri tarixi ənənəyə əsaslanır və gələcəkdə də davam edəcək: “Əfqanıstanda vəziyyət NATO-nun İSAF qüvvələrinin çıxarılmasından sonra əlbəttə ki, dəyişəcək. Əfqanıstan hökuməti ölkə ərazisində təhlükəsizliyin təmin olunmasının məsuliyyətini öz boynuna götürəcək. Təbii ki, Azərbaycan dost ölkə olaraq Əfqanıstanla əməkdaşlığa hər zaman hazırdır”.

 

A. Əzimovun sözlərinə görə, gələn həftə Azərbaycana gələcək Əfqanıstan xarici işlər nazirinin səfəri zamanı həm ikitərəfli məsələlər, həm də region kontekstində təhlükəsizlik məsələləri o cümlədən İSAF  missiyasından sonrakı durum və perspektivlər müzakirə olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 380

Oxşar yazılar