Anar Məmmədliyə qarşı əlavə ittiham irəli sürüldü
17 dekabr 2013 12:36 (UTC +04:00)

Anar Məmmədliyə qarşı əlavə ittiham irəli sürüldü

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov və köməkçisi Rövşən Məmmədov bir sıra polis idarələrinin müvəqqəti saxlanma yerlərində monitorinq keçiriblər.


 

Bu barədə APA-ya məlumat verən E. Behbudov Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsində, Nəsimi, Nərimanov, Binəqədi rayon Polis İdarələrinin müvəqqəti saxlanma yerlərində monitorinq keçirdiklərini bildirib: “Binəqədi Rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerində 3 nəfər, Nərimanov Rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerində isə 6 nəfər saxlanılır. Onlardan biri Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlidir. Anar Məmmədliyə qarşı Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olub külli miqdarda gəlir əldə etmək), 213.1-ci (xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddələri ilə ittiham irəli sürülüb. Barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib, bu gün Bakı İstintaq Təcridxanasına köçürüləcək”.

 

E. Behbudov A. Məmmədlinin saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayətinin olmadığını deyib.

 

Qeyd edək ki, A. Məmmədli dekabrın 16-da həbs edilib. Nəsimi Rayon Məhkəməsi onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 823
avatar

Oxşar yazılar