Azərbaycan elminə ağır itki üz verib. AMEA-dan Lent.az-a verilən məlumata görə, kimya elminin inkişafında mühüm xidmətləri olmuş görkəmli alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi Akif Həmid oğlu Əzizov bu gün 2016-cı ildə vəfat edib.
Əzizov Akif Həmid oğlu 1943‐cü il noyabrın 2‐də Ağdərə rayonunun Umudlu kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinə daxil olubv (1960), M.Lomonosov adına Moskva Dövlət Universitetinə göndərilib və MDU‐nun Kimya fakültəsini bitirib (1966).
A.Əzizov 1971‐ci ildə kimya üzrə fəlsəfə doktoru və 1991‐ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1992‐ci ildə professor elmi adını alıb. 2001‐ci ildə Azərbaycan MEA‐nın müxbir üzvü, 2014‐cü ildə isə həqiqi üzvü seçilib.