Ali Məhkəmənin Plenumu başa çatıb
15 noyabr 2013 17:55 (UTC +04:00)

Ali Məhkəmənin Plenumu başa çatıb

Ali Məhkəmənin Plenumu iclası başa çatıb.


 

APA-nın məlumatına görə, Ali Məhkəmənin sədri Ramiz Rzayevin sədrliyi ilə keçirilən iclasda “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” məsələ geniş müzakirə olunub.

 

Müəyyən edilib ki, bu kateqoriyadan olan cinayət işləri məhkəmələr tərəfindən əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq həll edilir. Bununla yanaşı, məhkəmə təcrübəsində bu növ cinayət işləri üzrə istər faktların müəyyən edilməsi, istərsə də hüququn tətbiqi məsələlərində bəzi səhvlərə yol verilir.

 

Plenumda məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqində yol verilən səhvləri aradan qaldırmaq, qanunun eyni qaydada tətbiqini təmin etmək, bu sahədə vahid məhkəmə təcrübəsi yaratmaq məqsədilə müvafiq qərar qəbul edilib.

 

Plenumda Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Yol hərəkəti haqqında” qanununda dəyişikliklər edilməsi, həmçinin Mülki Prosessual Məcəllədə, İnzibati Prosessual Məcəllədə və “Məhkəmələr və hakimlər haqqında” qanunnda dəyişikliklər edilməsi barədə qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təkliflər verilməsi qərara alınıb.  

 

Plenumda konkret cinayət və mülki işlərə də baxılıb, baxılmış işlər barədə müvafiq qərarlar qəbul edilib.

 

Plenumun işində Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov, baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov və Prezident Administrasiyası hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov iştirak edib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 552
avatar

Oxşar yazılar