Ağsu aşırımında hərəkət dayandırıldı
08 dekabr 2016 18:58 (UTC +04:00)

Ağsu aşırımında hərəkət dayandırıldı

 
Bakı Beynəlxalq Avtovağzalı 15 günədək gücləndirilmiş iş rejimində çalışacaq

 

Respublikada hökm sürən qarlı-şaxtalı hava şəraiti ilə bağlı bölgələrə hərəkət edən sürücülərə təhlükəsizlik və sürət həddi ilə bağlı təlimatlar verilib, nəzarət gücləndirilib.

 

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfa Mehmanqızının "APA-Economics"ə verdiyi məlumata görə, marşrutu Ağsu dolaylarından keçən avtobuslar  Bakı-Qazax avtomobil yolundan istifadə edir.

 

“Amma Bakıdan Şamaxıya gedən avtobuslar eyni yolla, yəni Bakı-Şamaxı yolu ilə hərəkət edir. Şamaxıdan sonra, yəni Ağsu dolaylarında artıq hərəkət dayandırılıb. Buna baxmayaraq, təxirə salınan reysimiz yoxdur. Bundan başqa, Quba-Qusar yoluna daha çox yağıntı düşməsi səbəbindən orada hərəkət sürəti azdır”, - deyə Ş.Mehmanqızı əlavə edib.

 

Bölgələrə üz tutan sərnişin sayına gəlincə, qurum sözçüsü deyib ki, Bakı Beynəlxalq Avtovağzalında bu gün ərzində sərnişin sayı çox az olub: “Avtobuslar dolmamış reyslərini davam etdiriblər. Bütün istiqamətlərdə sərnişin sayı minimum həddə olub”.

 

Ş.Mehmanqızı onu da qeyd edib ki, dekabrın 25-dən yanvarın 7-nə kimi, Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində çalışacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 155
avatar

APA Baycan

Oxşar yazılar