Dekabrın 18-də saat 19 radələrində Ağstafa şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən xəbər verir ki, şəhər sakini Rəşad İsmayılov idarə etdiyi "VAZ-2105" markalı avtomobillə yolu keçən həmyerliləri Səlminaz Tağıyevanı və oğlu Əvəzi vurub. S.Tağıyeva hadisə yerində ölüb, Əvəz xəstəxanaya yerləşdirilib.
Qəza ilə bağlı Baş İstintaq və Təhqiqaz İdarəsi tərəfindən araşdırma aparılır.