Ağdaş rayonunda yanğın olub.
Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, rayonun Mürsəl kəndində ümumi sahəsi 425 m2 olan inzibati binada 2 otağın və dəhlizin yanar konstruksiyaları 57 m2 sahədə yanıb, yüksək temperaturdan foyenin lambirdən ibarət tavanı 56 m2 sahədə əriyib.
Binanın qalan hissəsi yanğından mühafizə olunub.