Ağcabədidə qumbaralar tapıldı
01 fevral 2018 23:37 (UTC +04:00)

Ağcabədidə qumbaralar tapıldı

0

Ağcabədidə partlamamış hərbi sursatlar aşkarlanıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən  (ANAMA) APA-ya verilən xəbərə görə, fevralın 1-də  Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Ağcabədi rayonu, Böyük Kəhrizli kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

 

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

 

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 4 ədəd partlamamış hərbi sursat (2 ədəd F-1 əlqumbarası və 2 ədəd UZRQM partladıcısı) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 364

Oxşar yazılar