Ağcabədi rayonu, Qaravəlli kəndində yanğın olub.
Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, vətəndaşa məxsus ümumi sahəsi 140 m2 olan birmərtəbəli 3 otaq və eyvandan ibarət olan evin 3 otağının yanar konstruksiyaları və dam örtüyü 105 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.