Abşeronda partlayış: 3 yaralı - YENİLƏNİB
14 dekabr 2013 11:58 (UTC +04:00)

Abşeronda partlayış: 3 yaralı - YENİLƏNİB

Abşeron rayonunda daha bir yaşayış evində partlayış olub.


 

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Digah qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 22 kv.m olan 2 otaqlı evdə qeydə alınıb.

 

Yanğınla nəticələnən partlayış baş nəticəsində 1 otağın yanar konstruksiyaları 12 kv.m sahədə yanıb. Partlayış zamanı 3 nəfər yanıq xəsarəti alıb və Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən xəstəxanaya aparılıb.

 

Yanğınsöndürənlər evdə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Yanğın səhər saat 09:03-də söndürülüb.

 

Qeyd edək ki, ötən gün də Abşeronda iki yaşayış evində təbii qaz sızmasından partlayış olub. Nəticədə bir nəfər ölüb, bir neçə nəfər xəsarət alıb. 

 

# 1358
avatar

Oxşar yazılar