Abşeron rayonunda iki evdə partlayış olub, ölən və yaralananlar var. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 12-si saat 03.00 radələrində Aşıq Ələsgər küçəsində yaşayan Mübariz Şərifovun evində qeydə alınıb. Orada kirayədə yaşayanlar - qəsəbə sakinləri Cavid Zəliyev, arvadı Nailə və oğlu Rüstəm yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Rüstəm Zeynalov aldığı xəsarətdən xəstəxanada ölüb.
Digar hadisə isə həmin güni saat 16.00 radələrində Abşeron rayonu Masazır qəsəbəsi Aşıq Ələsgər küçəsində qeydə alınıb. Həbib Qurbanovun evində təbii qazın sızmasından partlayış baş verib. H.Qurbanovun oğlu Cavid, qayınanası Səmayə və qohumu Nüşabə yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Hər iki faktla bağlı araşdırma aparılır.