Abşeronda yanğın olub.
Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 120 m² olan ərzaq mağazasının yanar konstruksiyaları 90 m² sahədə yanıb.
Mağazanın qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.